“Barselona” klubun texniki direktoru Robert Fernandeslə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu vəzifəni komandanın sabiq futbolçusu Erik Abidall icra edəcək. Abidal iyulun 18-də ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, 38 yaşlı fransalı veteran müdafiəçi 2007-2013-cü illərdə Kataloniya klubunda çıxış edib. O, 2014-cü ildə futbolçu karyerasını bitirib. Abidal ötən ilin iyun ayından "Barsa"nın səfiridir.(qol.az)