“Levante” klubu İspaniya La Liqasının 17-ci turunda “Espanyol”a məğlub olub - 3:4.

Offsideplus.az xəbər verir ki, bu yenilgiylə adıçəkilən komanda La Liqada antirekorda imza atıb. Belə ki, Valensiya şəhərinin təmsilçisi ölkə çempionatında ardıcıl 25 oyundur qələbə qazana bilmir.

Bu, La Liqa tarixi üçün antirekorddur.