"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi olan "Bazel"in futbolçusu Artur Kabral "Barselona"ya  keçə bilər.

 Offsideplus.az xəbər verir ki, Kataloniya klubu 23 yaşlı brazilyalı hücumçunu yanvarda heyətinə qatmaq istəyir. Onun hazırkı klubu ilə 2023-cü ilə kimi müqaviləsi var.

Qeyd edək ki, Kabral 2019-cu ildən İsveçrə təmsilçisinin şərəfini qoruyur.