"Real" qışda heyətinə yeni futbolçu qatmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "kral klubu" "Lester"də çıxış edən Uesle Fofananı transfer etmək fikrindədir. Madrid klubu bu oyunçu üçün "tülkülər"ə 40 milyon avro və İskonu təklif edəcək.

Qeyd edək ki, Fofana 2020-ci ildən "Lester"də çıxış edir.