"Barselona"nın ulduz futbolçusu Serxio Aqueronun son durumu açıqlanıb.

Offsideplus.az İspaniyanın "Sport" qəzetinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun ürəyində ciddi problem aşkarlanıb. 

Belə ki, La Liqada "Alaves"lə keçirilən matçın 41-ci dəqiqəsində əlini sinəsinə qoyaraq narahatlıq hiss edən və bu səbəbdən Koutinyoyla əvəzlənən forvardın xəstəxanadakı müayinələrdən sonrakı vəziyyəti ürəkaçan deyil. Onun ürəyinin döyünmə ritmlərində ciddi nasazlıq aşkarlanıb.

Kardioloqlar Aqueronun futbol karyerasını bitirmək təhlükəsiylə qarşı-qarşıya olduğunu da bildiriblər.

Məlumatlara görə, o, 10 gün əvvəl də məşq zamanı analoji problemlə üzləşib.