“Atletik” yeni baş məşqçisinin adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Bilbao təmsilçisi Eduardo Berritsoya həvalə olunub.
Anlaşmaya əsasən, 48 yaşlı mütəxəssis gələn ilin yayına qədər “Atletik”i çalışdıracaq. Argentinalının buna qədərki son iş yeri “Sevilya” olub. O, xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün 2017-ci ilin noyabrında istefa vermişdi.
Qeyd edək ki, “Atletik” rəhbərliyi yarımmüdafiəçi Raul Qarsiya ilə də yeni 2 illik müqavilə bağlayıb.(apasport.az)