Avropada transfer pəncərəsinin bağlanmasına son saatlar qalmış, "Barselona" Leo Messi boşluğunu doldurmağa çalışır.

Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 126 milyon avro transfer dəyəri olan Joao Feliks üçün "Atletiko"ya təklif göndərib. Klub nümayəndələri isə "Barsa"nın icarə təklifini rədd edib. 

Madrid təmsilçisi 21 yaşlı forvardı əldən buraxmaq istəmir. Portuqaliyalı oyunçu ötən mövsümü 8 qol, 5 assistlə başa vurmuşdu