Münhen "Bavariya"sının yeni mövsümdə ev oyunlarına buraxılacaq azarkeşlərin sayı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, son çempionun ev oyunlarını keçirdiyi “Alyans Arena”ya 25 min azarkeş buraxılacaq. 

Almaniya hökuməti pandemiya səbəbindən futbol stadionlarına tutumun 50 faizi qədər azarkeş buraxılacağı ilə bağlı qərar qəbul edib.