"Barselona"nın baş məşqçisi Ronald Kuman İngiltərə Premyer Liqasından iki hücumçunu komandasında görmək istəyir.

Offsideplus.az "SPORT"a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis bu futbolçularla Leo Messi boşluğunu doldurmağı düşünür. Sözügedən oyunçular "Arsenal"lı Pyer-Emerik ObameyanqAleksandr Lakazettedir. 

Kataloniya təmsilçisinin bu hücumçuların qarşılığında Filip Koutinyonu təklif etdiyi  bildirilir.