"Barselona"nın prezidenti Xuan Laporta Leo Messinin PSJ-yə keçəcəyini təsdiqləyib.
Offsideplus.az "Tuttomercatoweb"-ə istinadən xəbər verir ki, funksioner argentinalı ulduzun komandada qalması üçün əlindən gələni etdiyini açıqlayıb.
"Onun qalmağını istədim, lakin mümkün olmadı Əlimdən gələni etdim. Messi PSJ-yə keçəcək".
Qeyd edək ki, PSJ-nin Messi transferini 10 avqust tarixində açıqlayacağı gözlənilir.