"Real"ın azad agent olaraq heyətinə qatdığı David Alaba ilə müqaviləsinin detalları mətbuata sızdırılıb.

Offsideplus.az "Der Spiegel" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi önümüzdəki 5 mövsüm ərzində "Kral klubu"ndan 11 milyon avrodan çox gəlir əldə edəcək. "İllik 19,5 milyon avro qazanacaq avstriyalı ulduzun ailəsinə 6 milyon avro ödəniş ediləcəyi bildirilir. Azad agent olan Alaba "Real"a transferi üçün 17,7 milyon avroya razılaşıb. İspaniya nəhəngi menecerlərə isə 5,2 milyon avro xərcləyib.

Ümumilikdə David Alaba "Real"a 145 milyon avroya başa gəlib.