İspaniyanın "Real" klubu yeni futbolçusu David Alabanın təqdimatını keçirib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu "kral klubu"nda 4 nömrəli forma altında çıxış edəcək. Bu formanı "Real"da daha əvvəl bir neçə gün öncə PSJ-yə transfer olunan keçmiş kapitan Serxio Ramos geyinirdi. 

Alaba "Real"la 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayıb.