"Atletiko" "Udinese"nin futbolçusu Rodriqo de Paulu heyətinə qatıb.

Ofsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi 27 yaşlı vinger üçün İtaliya klubuna 35 milyon avro ödəniş edib. Argentina millisinin üzvü 2026-cı ilədək "matrasçılar"ın formasını geyinəcək.

Qeyd edək ki, Rodriqo de Paul 2016-2021-ci llərdə "Udinese"nin şərəfini qoruyub.