İspaniyanın “Barselona” klubu forvardı Memfis Depayın məvacibini azaldıb.


Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb klubun xərclərini azaltmaq istəyidir. Klubla görüşən 27 yaşlı futbolçu məvacibinin 30 faiz azalmasına razı olub. Depay Kataloniya klubunda illik 7 milyon avro deyil, 5 milyon avro qazanacaq.
Bir müddət əvvəl "Barselona"ya keçən niderlandlı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.