"Real" futbolçusu Naço Fernandes barədə qərar verib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Kral klubu" 31 yaşlı müdafiəçi ilə yeni müqavilə bağlayıb. İspaniyalı oyunçu 2023-cü ilin iyun ayına qədər "Real"ın formasını geyinəcək.
Qeyd edək ki, klubun akademiyasında yetişən Naço, 2011-ci ildən "Real"ın şərəfini qoruyur.