"Real" Naço Hernandeslə yeni müqavilə bağlayacaq.

Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, "Kral klubu" 31 yaşlı müdafiəçisi ilə sözləşməni yeniləyəcək. İspaniyalı oyunçu 2024-cü ilədək "Real"ın formasını geyinəcək.

Qeyd edək ki, Naçonun "Real"la hazrkı müqaviləsinin müddəti 2022-ci ilin iyun ayında başa çatır.