Roberto Soldadonun yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı ispaniyalı hücumçu “Levante”yə keçib. Soldado ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü son olaraq “Qranada”da forma geyinib.