Klassik qollar, futbolçular və əlamətdar anlarla seçilən La Liqada bu günün tarixinə boylandıq.

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən 17 iyun tarixində baş verən hadisələri təqdim edir:

17 iyun, 2007-ci il.  Reyes ən gərgin çempionluq yarışında qalib gəldi.

Jose Antonio Reyes wins the LaLiga title for Real Madrid 2007

2006-07 mövsümü Fabio Kapellonun "Real"ı və Frank Raykardın "Barselona"sı arasında əsrin ən həyəcanlı La Liqa çempionluğu üzrə yarışlarından biri oldu. Mart ayında "Kamp Nou"da baş tutan "El Klasiko" 3:3 hesabı ilə yekunlaşdı, Lionel Messi isə het-trikə imza atdı. "Kral klubu"nda vəziyyət bir az gərgin idi, Devid Bekhem komandanı tərk etmiş, daha sonra isə geri dönmüşdü; "Barselona"da isə Xavi Hernandes və Andres İnyesta öz üzərlərində çalışmağa davam edirdilər. 

Çempionatın taleyi 17 iyun tarixində həll olundu. "Malyorka" "Santiyaqo Bernabeu"da ilk qolu vuran zaman, "Barselona" aşağı liqaya düşən "Ximnasiya"ya 5:1 hesabı ilə qalib gəlirdi. Bütün gözlər Madriddə olarkən Xose Antonio Reyesin dublu və  Mamadu Diarranın qolu "Real"a 3:1 hesablı qələbə qazandırdı və komanda çempionluq tituluna sahib çıxdı.

17 iyun, 2001-ci il. Rivaldo La Liqa tarixinin ən möhtəşəm het-triklərindən birinə imza atdı.

Rivaldos dramatic last gasp winner for Barcelona 2001

2001-ci ilin bu günündə Rivaldonun vurduğu və "Barselona"ya mövsümün son günündə Çempionlar Liqasına vəsiqəni təmin edən qollar qədər möhtəşəm və yaxşı zamanlanmış çox az qol var. Son turda Kataloniya təmsilçisi "Valensiya"nın 3 xal gerisində idi və turnir cədvəlində 4-cü yerdə qərarlaşmışdı. Matçın 4-cü dəqiqəsində Rivaldo cərimə zərbəsindən mükəmməl qolla hesabı açdı. Ruben Baraxa "yarasalar"ın bərabərlik qolunu vurandan 20 dəqiqə sonra braziliyalı iki müdafiəçini keçdi və 25 metrdən gözəl qola imza atdı. İkinci hissədə Baraxa bu dəfə başla vurduğu qolla hesabı 2:2 etdi.  Lakin Rivaldo mübarizədən çəkilməmişdi: Əfsanəvi oyunçu akrobatik zərbə ilə topu rəqib toruna qovuşdurdu və "Barselona"nı 3-cü pilləyə qaldırdı. La Liqa tarixində hələ heç bir het-trik bu qədər dramatik və ya anlamlı olmamışdı desək, yəqin ki, şişirtmərik...