Rafael Varan "Real"la iyunun 30-da başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib.
Offsideplus.az "El Confidencial"a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi İngiltərədən "Mançester Yunayted"in hədəfindədir. PSJ-dən də təklif alan Varan, Fransaya qayıtmaq arzusundadır.
"Kral klubu" isə ulduz futbolçusunu "Sevilya"lı Jül Kunde ilə əvəzləmək istəyir. "Mançester Yunayted"in maraqlandığı 22 yaşlı fransız oyunçu üçün Əndəlüs təmsilçisi 60 milyon avro tələb edir.
"Real" "Vilyarreal"ın müdafiəçisi Pau Torresi də Varanın əvəzləyicisi kimi görür.