İyunun 30-da "Milan"la müqaviləsinin müddəti başa çatacaq Hakan Çalhanoğluya La Liqa nəhəngindən təklif var.

Offsideplus.az "Sky İtalia"ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə "Atletiko" yaxından maraqlanır. "Milan"da illik 2,5 milyon avro qazanan Hakan, İtaliya klubundan 5 milyon avro maaş istəyib. Klub "Yuevntus" və "Mançester Yunayted"in hədəfində olan futbolçuya 4 milyon avroya qədər ödəniş etməyə hazırdır.

"Atletiko" isə Türkiyə millisinin üzvü üçün 3 milyon avro maaş və 3 milyon avro məbləğində bonus təklif edib. Bildirilir ki, Çalhanoğlu Madridə yollanmaqdansa, İtaliyada qalıb təklifləri dəyərləndirmək istəyir.