"Osasuna" klubu yeni tipoqrafiyasını təqdim edib.

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, Navarra təmsilçisinin tarixi və mədəniyyəti əsasında hazırlanan yeni şrift "Osasuna Font" adını daşıyacaq. "Ashler Design" tərəfindən təqdim olunan yazı dizaynı hərfləri və rəqəmləri əhatə edir. 

Şriftlər klubun loqosunda, 2021/22 mövsümü üzrə sosial şəbəkə paylaşımlarında istifadə olunacaq. Bundan əlavə, rəhbərlik icazə verərsə, növbəti mövsüm üçün rəsmi matç (İspaniya kuboku və yoldaşlıq oyunları) formalarında adlar və nömrələr yeni yazı dizaynında olacaq. La Liqa matçlarında istifadə edilməyəcək.

Yenidənqurma işləri aparılan "El Sadar" stadionunun ekranlarındakı yazıların şrifti də dəyişiləcək.

 

GRAPHIC CA Osasuna new exclusive typography 2

GRAPHIC ESP slogans CA Osasuna new exclusive typography 2

 

WhatsApp Image 2021 06 08 at 20.52.57

 

WhatsApp Image 2021 06 08 at 20.52.57 1

 

WhatsApp Image 2021 06 08 at 20.52.57 2