Jordi Alba "Barselona"dakı gələcəyi ilə bağlı açıqlama verib.

Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, solaxay müdafiəçi karyerasını "Barsa"da başa vurmaq istədiyini dilə gətirib: "Müqaviləmin müddətinin başa çatmasına 3 il var. Ümid edirəm ki, bu müddətdə komandama lazım olan faydanı verəcəyəm. Son qərar rəhbərliyindir. Lakin mən ömrümün sonuna qədər "Barselona"da qalmaq istəyirəm".

Qeyd edək ki, 32 yaşlı futbolçu 2012-ci ildən Kataloniya təmsilçisinin şərəfini qoruyur.