"Siti" ilə yollarını ayıran Serxio Aquero yeni klubu ilə müqavilə imzlayıb.
Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu yaxın saatlarda "Barselona" üçün tibbi müayinədən keçəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Kataloniya təmsilçisi Aquero ilə 2023-cü ilə qədər müqavilə imzlayıb. Bundan əlavə, Erik Qarsiyanın da azad agent kimi transferi tezliklə klub tərəfindən açıqlanacaq.
Corcino Veynaldumla anlaşma isə yaxın bir neçə gün ərzində açıqlanacaq.