La Liqada 2020/2021-ci illər mövsümünün qalibi "Atletiko" transfer işləmlərinə başlayıb.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi "Yuventus"un 27 yaşlı argentinalı ulduzu Paulo Dibala ilə danışıqlara başlayıb.

Qeyd edək ki, 2015-ci ildən "qoca sinyora"da forma geyinən Dibala bu mövsüm bütün turnirlər daxil olmaqla 26 oyunda 5 qol, 3 məhsuldar ötürmə edib.