"Real Madrid" Luka Modriç ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayınadək "Kral klubu"nun şərəfini qoruyacaq. 

Qeyd edək ki, 2012-ci ildə "Tottenhem"dən "Real"a transfer olunan Modriç, 2020-21 mövsümündə 35 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib.

 

E2OSVyRXMAAyr6g