"Real"ın zədələrdən başı açılmayan futbolçusu Eden Hazard yayda İngiltərə Premyer Liqasına qayıda bilər.

Offsideplus.az "El Chiringuito"ya istinadən xəbər verir ki, "Kral klubu" bu yay belçikalı hücumçunu satmaq istəyir. Hazardın "Real"da xoşbəxt olmadığı və keçmiş klubu "Çelsi"yə qayıtmaq arzusunda olduğu bildirilir. 

"Real" 30 yaşlı futbolçu üçün 50 milyon avro satış qiyməti təyin edib. 

Qeyd edək ki, Eden Hazard 2019-cu ildə "Çelsi"dən 150 milyon avroya "Real"a transfer olunmuşdu.