İspaniya çempionatının 36-cı turu çərçivəsində "Real"la "Qranada" arasında baş tutacaq oyunda Marselo forma geyinməyəcək.

Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, Zinədin Zidan braziliyalı müdafiəçinin adını iştirak ərizəsinə daxil etməyib. Buna məşqdə baş məşqçi ilə futbolçu arasında yaranmış mübahisə səbəb olub. Belə ki, Marselo Zidanın müdafiə ilə bağlı hansısa taktiki tapşırığına etiraz edib. Ardınca tərəflərin səs tonu qalxıb, əsəblər gərilib. Nəticədə Marselonun adı fransız mütəxəssisin "qara siyahı"sına düşüb.

Qeyd edək ki, Marselo cari mövsümdə İspaniya çempionatında 15 matçda şans qazanaraq 2 məhsuldar ötürmə verib.