2020/21 sezonu "Eybar"ın oyunçusu Enrike Martinez Qarsiya (Kike) üçün xüsusi bir mövsüm oldu.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, 31 yaşlı hücumçu 12 qola imza ataraq La Liqada ən məhsuldar sezonunu keçirməklə yanaşı, hazırda turnir cədvəlində sonuncu pillədə qərarlaşan "Eybar"ın TOP liqada qalmaq şansına inanır.
2016-cı ildə "Eybar"a transfer olunan Kike, nəhayət La Liqada oynamaq xəyalını gerçəkləşdirə bilmişdi. Daha öncə "Mursiya" formasını geyinsə də (2009-2014), klub İspaniya çempionatına yüksəlməyi bacarmamışdı.
Qarsiya, İspaniya La Liqasında keçirdiyi hər sezonda qol vurub. 149 matçda imza atdığı 35 qol, onu La Liqa tarixində "Eybar"ın ən çox qol vuran futbolçusu edir.
Bundan əlavə, Kike, bu mövsüm "Los Armeros"un hücumda ən önəmli futbolçusu olduğunu sübut edir. 33 oyunda 12 dəfə fərqlənən Enrike, La Liqada Rafa Mir və Markos Llorentonun göstəricisinə şərik çıxaraq, üçüncü ən çox qol vuran ispaniyalıdır. 31 yaşlı forvard, İspaniya millisinin ulduzları Jerard Moreno və İaqo Aspasdan geri qalır.
Mayın 1-də "Alaves"lə baş tutan oyun Qarsiya üçün unudulmaz oldu. Rəqib qapısından 3 qol keçən Enrike, het-trik edərək komandasına 3 xal qazandırdı.
Enrike Qarsiya bu mövsüm 34 oyunun 33-ündə oyanıb, 32 matçda start heyətdə başlayaraq baş məşqçi Xose Luis Mendilibarın əvəzolunmaz futbolçusuna çevrilib. Belə ki, o, Bask təmsilçisinin qollarının 53%-də önəmli rol oynayaraq, 12 qoldan əlavə, 2 məhsuldar ötürmə ilə yadda qalıb.