"Espanyol" gələn mövsümdən İspaniya La Liqasında mübarizə aparacaq.
Offsideplus.az xəbər verir ki, komanda sona 4 tur qalmış İspaniyanın TOP liqasına vəsiqəni təmin edib. Kataloniya təmsilçisi hazırda 78 xalla liderdir və 3-cü sırada qərarlaşan “Almeriya”nı 12 xal qabaqlayır.
Qeyd edək ki, "Espanyol" Sequndada cəmi bir mövsüm keçirib.