"Çelsi" - "Real" matçından sonra lentə alınan görüntü bir növ madridlilərin Çempionlar Liqasında mübarizəni dayandırmasını unutdurdu.

Dünən əsas söhbət mövzusu Eden Hazardın hakimin final fitindən sonra "Çelsi"nin futbolçuları ilə deyib-gülməsi, zarafatlaşmasıydı.

Offsideplus.az xəbər verir ki, Belçika millisinin üzvü etdiyi hərəkətlə bağlı "instaqram" hesabında paylaşım edib. Havard "hekayə" bölməsində bunları yazb: "Bu gün haqqımda çoxsaylı fikirlər oxudum. "Real" azarkeşlərini qəzəbləndirmək fikrim yox idi. Hamısından üzr istəyirəm. "Real"da oynamaq arzum olub və bura qələbələr qazanmaq üçün gəlmişəm. Mövsüm hələ başa çatmayıb. Bundan sonra bütün diqqətimizi La Liqanın qalibi olmağa ayıracağıq".

Qeyd edək ki, Madriddə 1:1 bərabərə qalan İspaniya nəhəngi İngiltərədəki 0:2 hesablı məğlubiyyət nəticəsində Avropanın bir nömrəli klub turniri ilə yarımfinalda vidalaşdı. 

ha2ard