2016-cı ilin 20 aprelində "Barselona" səfərdə "Deportivo"nun (La Korunya) qonağı idi.

Offsideplus La Liqa-ya istinadən xəbər verir ki, həmin gecə ev sahibləri üçün ən kabuslu oyunlardan birinə çevrildi. Belə ki, Kataloniya komandası "Deportivo"nun qapısından 8 cavabsız qol keçirdi. Luis Suarez isə 4 qol və 3 məhsuldar ötürmə ilə matçın adamı oldu.

İndiyə qədər La Liqada rast gəlinən fərdi performanslardan ən möhtəşəmini uruqvaylı hücumçu futbol azarkeşlərinə izlətdirdi: amansız bitiriş, ağıllı epizodlar, sərhədsiz fiziki göstərici və komanda yoldaşlarına qarşı səxavətlilik. 

Ən əsası isə bu qələbə, "Barselona"nı həmin mövsüm La Liqa çempionluğuna daşıdı.