İspaniya Kubokunun  finalında "Barselona" "Atletik Bilbao"nun qonağı olub.

 Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi 4:0 hesabı ilə Baskoniya komandasını darmadağın edərək kuboku başı üzərinə qaldırıb.

Lionel Messi görüşdə iki gözəl qolla yadda qalıb. Argentinalı ulduz Kral Kubokunda 9-cu qoluna imza ataraq, turnirdə ən çox qol vuran futbolçu olub. Bundan əlavə, Messi bu mövsüm də 30-cu qolunu vuraraq, ardıcıl 13 sezon 30 qol səddini keçən futbolçu ünvanını əldə edib.

Oyunun geniş icmalını təqdim edirik:

"Atletik" - "Barselona" - 0:4 (Qrizmann, 60, De Yonq, 63, Messi, 68, 72)