2018-ci ilin 15 aprelində "Atletiko Madrid" "Levante"ni qəbul etdi.
Offsideplus.az La Liqa-ya istinadən xəbər verir ki, "Vanda Metropolitano stadionu"nda baş tutan oyun "matrasçılar"ın 3:0 hesablı qələbəsi ilə başa çatdı.
Həmin görüşdə son nöqtəni Fernando Torres qoydu. Anxel Korreranın göndərdiyi topu saxlamadan birbaşa vuran "körpə" bütün stadionu ayağa qaldırdı. Uşaqlıq klubundan ikinci dəfə ayrılacağını açıqlayandan sonra ilk oyununa çıxan Torresin bu qolunu azarkeşlər uzun müddət və içdənliklə alqışladılar.
Bu, həmçinin Torresin "Atletiko"da vurduğu 100-cü La Liqa qolu idi.
Həmin görüntüləri təqdim edirik: