"Barselona" Niderland çempionatında çıxış edən argentinalı müdafiəçilərlə maraqlanır.
Offsideplus.az "Voetbal İnternational" a istinadla xəbər verir ki, baş məşqçi Ronald Kuman Erediviziyada çtop dalınca qaçan iki futbolçuya göz qoyub. Bunlar "Ayaks"lı Lisandro Martineslə "Feyenoord"un formasını geyinən Markos Senesidir.
Məqsəd mövsümlərarası fasilədə bu iki futbolçunu transfer etməkdir. 23 yaşlı futbolçulardan Martinesin dəyəri 23 milyon, Senesinin qiyməti isə 20 milyon avro təşkil edir.
Qeyd edək ki, Lisandro Argentina millisində 1 oyuna çıxmağa imkan tapıb. Markos isə U-20 yığmasının heyətində 3 görüşdə görünüb.
Markos Senesi
Lisandro Martines