"Fənərbağça"nın futbolçusu Məsut Özil keçmiş komanda yoldaşı Kərim Benzema barədə paylaşım edib.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ötən gecə keçirilən "El Klasiko"da Benzemanın vurduğu qola görə fransalı hücumçuya tərif yağdırıb. O, öz "tvitter" hesabında bu sözləri yazıb:
"La Liqanın ən yaxşı hücumçusu yenə özünü göstərdi. Mənim adamım, Benzi."
Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması 2:1 hesabı ilə başa çatıb.
The best striker of La Liga showed his class again - my boy Benzi ???? Great 1st half #ElClasico @realmadrid @Benzema
— Mesut Özil (@MesutOzil1088) April 10, 2021