“Real” qış transfer dönəmində ilk keçidini reallaşdırmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, “kral klubu” qapı xəttini gücləndirir. Belə ki, “Atletik”in qapıçısı Kepa Arrizabalaqa tezliklə Madridə köçəcək. 23 yaşlı qolkiperin keçidi məsələsində klublar artıq ortaq məxrəcə gəliblər. İspaniya millisinin üzvünün yeni komandası ilə 6 illik müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, “Atletik”in yetirməsi olan Kepa Arrizabalaqa 2012-ci ildən əsas komandada çıxış edir.