Erlinq Haalandı transfer etmək istəyən klublar arasında yer alan "Real" futbolçunun agenti Mino Rayolanın "saxta" transfer yarışı hazırladığını düşünür.
Offsideplus.az xəbər verir ki, bu barədə "Eurosport" məlumat yayıb. "Kral klubu" superagent Mino Rayoladan artıq bezib. Onun saxta transfer gündəmi yaratdığını düşünən klub rəhbərliyi hədəfini PSJ-li Kilian Mbappeyə yönəldir.
Qeyd edək ki, "Real" daha öncə Rayolanın futbolçuları olan Pol Poqba və Canluici Donnarummanı heyətinə qatmaq istəmiş, lakin yüksək tələblər səbəbindən bu keçidlərin heç biri baş tutmamışdı. Rəhbərlik Erlinq Haalandla da eyni problemlərin olacağını təxmin edir.