"Real"ın ulduzu Kərim Benzema La Liqanın ən yaxşı bombardiri üçün nəzərdə tutulan Piçiçi Kuboku uğrunda Lionel MessiLuis Suarezlə savaşır.

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, çempionatda bombardirlik üzrə "Top-3"də yer alan fransız hücumçu 17 qolla üçüncüdür. İlk pillədə "Barselona"dan Lionel Messi (23 qol), ikinci yerdə isə "Atletiko"dan Luis Suarez (19 qol) qərarlaşıb. 

Baş məşqçi Zinədin Zidanının əvəzedilməz oyunçularından birinə çevrilən 33 yaşlı forvard bu mövsüm 6 assistlə yadda qalıb. Fransız mütəxəssisin rəhbərliyi altında 24 oyuna çıxan Benzema ümumi olaraq 2123 dəqiqə meydanda olub. 

Qeyd edək ki, "Real"ın növbəti oyunu aprrelin 3-də Bakı vaxtı ilə saat 18:45-də "Eybar"a qarşı olacaq.

WhatsApp Image 2021 03 29 at 20.38.28

 

WhatsApp Image 2021 03 29 at 20.38.28 1

 

 

WhatsApp Image 2021 03 29 at 20.38.28 2

 

 

WhatsApp Image 2021 03 29 at 20.38.28 3

 

 

WhatsApp Image 2021 03 29 at 20.38.28 4