"Barselona" klubu yayda heyətdə köklü dəyişikliklər etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi qapıçı Netu, müdafiəçilər - Juan Firpo, Samuel Umtiti, yarımmüdafiəçilər - Miralem Pyaniç, Riki Puç, Karles Alenya, Filippe Koutinyo və Antuan Qrizmann ilə yollarını ayırmaq fikrindədir.
Bu barədə məlumatı İspaniya mətbuatı yayıb.
Qeyd edək ki, "Barselona" hazırda La Liqada 62 xalla ikinci pillədə qərarlaşıb.