2010-cu ilin 25 martında "Qetafe"nin qonağı olan "Real" 2:4 hesablı qələbəyə sevindi.
Offsideplus.az La Liqa-ya istinadən xəbər verir ki, "Kral klubu" Kriştiano Ronaldo və Qonsalo Hiquainin möhtəşəm dublları ilə rəqibə qalib gəldi. Təsadüfdən, bu, Hiquaninin 100-cü La Liqa matçı idi.
2009/10 sezonu portuqaliyalı ulduzun La Liqa keçirdiyi ilk və 26 qolla, argentinalı komanda yoldaşının isə 27 qolla başa vurduğu mövsüm oldu. "Real" həmin il Serxio Ramos, Raul, Ronaldo, Xabi Alonso, Hiquain, Rafael van der Vart və Kaka kimi məşhur futbolçuları komandada cəmləşdirsə də, La Liqa çempionluğunu "Barselona"dan geri ala bilmədi. Manuel Pelliqrinin tərəfinin mövsümü 107 qolla bitirməsinə rəğmən, sonda Xosep Qvardiolanın "Barselona"sına 3 xalla məğlub oldu.