“Leyptsiq” klubunun gənc futbolçusu İbraima Konate “Barselona” və “Real”ın maraq dairəsinə düşüb.
Offsideplus.az xəbər verir ki, "kral klubu"nun baş məşqçisi Zinəddin Zidanın 21 yaşlı fransalı futbolçunu çox bəyəndiyi və Rafael Varanın komandadan ayrılacağı halda bu boşluğu gənc futbolçu ilə doldurmağı düşündüyü bildirilir.
“Barselona” da müdafiənin mərkəzində olan problemləri Konate ilə həll etməyi planlaşdırır.
Qeyd edək ki, Konate bu mövsüm Bundesliqada 9 oyuna çıxıb və 1 qol vurub.