Eyni zamanda aşbaz və biznesmen olan "Atletik"in prezidenti Aytor Elizeqi digər sektorlardan əldə etdiyi məlumatların elit idmanın inkişafına təkan verəcəyinə inanır.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, Bilbao təmsilçisi 120 ildən çoxdur ki, mübarizə aparmağa davam edir. Klub hazırda bu əzm dolu mesajı dünyanın dörd bir yanına yaymağa hazırlaşır.
Bir neçə faktor "Atletik"in idman sektorunda önə çıxmağına kömək edib.
Bunlardan ən birincisi, klubun tarix boyu aşağı liqaya düşmədən İspaniyanın əsas çempionatında mübarizə aparmasıdır. Bundan əlavə, Bilbao təmsilçisi La Liqa tarixində ən çox çempion olan 4-cü komandadır. Maraqlısı isə, bu göstəriciyə dünya futbolunda görülməmiş yanaşma ilə nail olunmasıdır: "Atletik"i təmsil edən bütün oyunçuların kökü Bask bölgəsinə gedib çıxır və ya bu bölgə ilə ailə bağları var.
Belə ki, 120 illik tarixi olan klub dünyaya açılmağı hədəfləyərkən, öz köklərinə də belə sadiq qalır.
Yerli məhsulların dəyəri.
Klubun prezidentinin qastronomiya sevgisi onu Bask bölgəsinin ən tanınmış insanı halına gətirdi. 54 yaşlı klub rəsmisi yemək hazırlayarkən yerli məhsullara verdiyi dəyəri, eynilə futbolda da təkrarlayır. Klubun Bask əsilli futbolçuları heyətinə qataraq "yerli məhsul"a dəyər verilməsi cəhətindən qastronomiya və idman sektoru beləcə kəsişir.
50 illik tarix.
Bu gün "Atletik" futbolçularının əksəriyyəti "Lezama məşq bazası"ndan çıxıb. 50 illik yubileyini qeyd edən baza illərdir, Bilbao təmsilçisinə şərəflə xidmət edir.
Qeyd edək ki, "Kadiz"ə qarşı son oyunda (0:4) çıxış edən "Atletik"in 16 futbolçusundan 14-ü "Lezama" yetirməsi idi.
Rəqəmsal vasitələrdən istifadə edərək klubu tanıtmaq.
Günümüzdə sosial şəbəkələrdə edilən tanıtımlardan əldə etdiyimiz məlumat əvəzlolunmazdır. Bunu başa düşən "Atletik"in prezidenti Aytor Elizeqi texnologiyanın gücünə inanır və klubun tanıtımı üçün bu imkanlardan istifadə edilməsinə xüsusi diqqət yetirir.
"Bütün rəqiblərimizə hörmətlə, 120 ildir futbolu və idmanı necə başa düşdüyümüzün hekayəsini texnologiya vasitəsilə sizlərlə bölüşmək istəyirik".
"San Mames stadionu": Gizli inqridient.
Qısa müddət ərzində Bilbao təmsilçisi "San Mames stadionu"nda yenidənqurma işləri planlaşdırır. Son illərdə memarlıq keyfiyyətlərinə görə bir çox mükafatlara sahib çıxan stadion texnologiya cəhətdən də ön sıralardadır. Bu səbəbdən klub, sağlamlıq şərtlərini də nəzərə alaraq, turizm daxil olmaqla stadiondan gələn gəlirləri maksimum dərəcədə artırmağa çalışır.