"Qalatasaray"ın oyunçusu Yunes Belhanda "Sivasspor"la qarşılaşmadan (2:2) sonra meydançanın durumu barədə danışıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Cim-bom" rəhbərliyini sərt tənqid edib.
"Qalatasaray" rəhbərliyi buna bir çarə tapmalıdır. Bizim burada futbol oynadığımızı bilirlər. "İnstaqram", "tvitter"i, mətbuatı bir kənara qoyub, stadionun durumu ilə maraqlanmalıdırlar. Bir çarəsi tapılmalıdır".
Qeyd edək ki, "Qalatasaray"ın "Türk Telekom stadionu"nda ot örtüyü bir müddət əvvəl yağan güclü qar səbəbindən yararsız hala düşüb.