"Real"ın futbolçusu Lukas Vaskes klub rəhbərliyinə ultimatum göndərib.
Offsideplus.az ABC-yə istinadən xəbər verir ki, futbolçu maaşının artırılmasını istəyir. 29 yaşlı ispanın klubla müqaviləsi yayda başa çatsa da,klubdakı əsas söz sahibləri yeni anlaşma imzalamaq niyyətindədir. Vaskeslə agenti isə növbəti sözləşmə üçün məvacibin artırılmasını tələb edir. Əks halda, Lukas başqa təklifləri gözdən keçirəcək.
Qeyd edək ki, təcrübəli müdafiəçi La Liqanın cari mövsümündə 18 oyunda forma geyinməklə 2 qol vurub, 3 məhsuldar ötürmə verib.