Bu gün "Alaves" klubunun stadionu "Mendizorrotza"nın möhtəşəm tarixinə qısa nəzər salacağıq.
Offsideplus.az La Liqa-ya istinadən xəbər verir ki, 97 il öncə, 1924-cü ildə əsası qoyulan "Mendi" İspaniya La Liqasında ikinci ən yaşlı stadiondur. 19 mindən çox tamaşaçını qonaq edə bilən stadion bununla kifayətlənməyi düşünmür.
Belə ki, "Alaves" rəhbərliyi 2020-ci ildə yenidənqurma işləri aparmağı düşünmüş, lakin pandemiya səbəbindən önümüzdəki ilə qədər təxirə salınmışdı. Görüləcək işlər əsasən stadionun görünüşü və tutumunda əsaslı dəyişikliklər yönündə aparılır. Bildiyimiz bir dəqiq şey varsa, o da "Alaves" klubunun dəyərli azarkeşlərinə sürpriz hazırladığıdır!
Stadionun maskotu "Zorro babazorro" adını iki bask sözündən alıb: lobya torbaları (yerli yemək) və "zorro" - tülkü. Azarkeşlərin sevimlisi olan bu maskot 25 ildir "Alaves"in oyunlarında komandasına dəstək olur.
"Mendizorrotza" stadionundan maraqlı görüntüləri təqdim edirik: