La Liqa təmsilçisi "Elçe" baş məşqçi ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klub saytında məlumat yerləşdirilib. Xorxe Almironun postundan ayrıldığı qeyd olunub və ona xidmətlərinə görə təşəkkür edilib. 

Qeyd edək ki, 49 yaşlı argentinalı mütəxəssis "Elçe"nin 2020-nin sentyabrından çalışdırırdı. Bu müddətdə 24 oyun keçirən komanda 5 qələbə qazanıb, 9 heç-heçə edib, 10 matçı məğlub başa vurmaqla turnir cədvəlinin sondan 2-ci pilləsində yer alıb.