La Liqada 22-ci turun son matçı "Atletiko" - "Selta" Luis Suarez üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, dublla fərqlənən 34 yaşlı hücumçu qollarının sayını 16-ya çatdırıb. Bununla da o, 21-ci əsrdə özünün debüt ilində ən çox fərqlənən futbolçu kimi tarix yazıb.

O, bu göstəricidə portuqaliyalı ulduz Kriştiano Ronaldonu geridə qoyub. "Yuventus"lu 2009/2010 mövsümündə “Real Madrid”in heyətində 17 oyunda 15 qola imza atmışdı.