İspaniya kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, sonuncu oyun günündə “Qranada” səfərdə “Navalkarnero”ya  6 cavabsız qolla qalib gəlib. “Atletik” isə “Alkoyano”nu 2:1 hesabı ilə məğlub edib.

Daha əvvəl "Vilyareal", "Almeriya", "Barselona", ​​"Levante", "Sevilya" və "Betis" də turnirin növbəti mərhələsinə vəsiqəni təmin etmişdi.