"Real"da ümumi vəziyyət ürəkaçan deyil.
Azarkeşlərin sevimlisi Marselonun baş məşqçi Zinəddin Zidanın həmyerlisi Ferlan Mendinin kölgəsində qalması. bir müddət öncə Kərim Benzema ilə Vinisius arasında yaşanan zamanı fransız çalışdırıcının həmyerlisinin tərəfini tutması, bəzi uğursuz oyunlardan sonra futbolçuları günahkar bilməsi düşərgədə xoş qarşılanmır.
Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki. yaranmış vəziyyət Florentina Peresi də razı salmır. Odur ki. klub prezidenti məşqçi axtarışına başlayıb və artıq argentinalı mütəxəssisi gözaltı edib. Bu, ölkəsində kifayət qədər tanınan və sevilən Marselo Qalyardodur.
2014-cü ildən bu yana "River Pleyt"ə başçılıq edən "Monako"yla PSJ-nin sabiq futbolçusu komandası ilə iki dəfə Libertadores kubokunu qazanıb, iki dəfə Cənubi Amerikanın ən yaxşı məşqçisi seçilib. Son illər "River Pleyt"in oynadığı futbol göz oxşayır.
Qalyardonun özünün də Avropa karyerasına start verməkdə maraqlı olması Peresin ürəyincədir. Hər haıda, Zidanın "Real"dan ayrılacağı kifayət qədər real görünür.