İspaniya La Liqasının  16-cı turunda keçirilməsi nəzərdə tutulan "Atletiko" - "Atletik Bilbao" oyunu təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb Madriddəki əlverişsiz hava şəraiti səbəb olub. Belə ki, ötən gecədən yağan güclü qar matçın keçiriləcəyi "Vanda Metropolitano" stadionunun ot örtüyünü yararsız hala salıb.

Qarşılaşmanın yeni tarixi barədə yaxın günlərdə məlumat veriləcək.